Bakı. Trend:
2-4 may 2025-ci il tarixlərində İçərişəhərdə Beynəlxalq XalçaFestivalı baş tutdu. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasınınİxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nundəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıqsənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcəkinkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarınıntəcrübə və bacarıqlarından bəhrələnmək idi.
May ayının 2-də Beynəlxalq Xalça Formu ilə başlayan festival 3-4may tarixlərində İçərişəhərin tarixi küçələrində davam etdi.Rusiya, Türkiyə, Latviya, İran, Pakistan, Özbəkistan, Türkmənistan,Tacikistan, Qazaxıstan və Gürcüstan kimi ölkələrin nümayəndələrininiştirak etdiyi Beynəlxalq Xalça Festivalı Azərbaycan xalçalarınıngözəlliyini, özünəməxsusluğunu və zənginliyini nümayiş etdirəbildi. Festival zamanı yalnız İçərişəhərin bəzədilməsinə“Azərxalça” ASC-nin 400-dən artıq xalçasından istifadə olundu,minlərlə insan 2 gün ərzində festivalda iştirak etdi.
Festivalın əsas təşkilatçıları ilə yanaşı, bu möhtəşəm tədbirdərəsmi tərəfdaşlarımız da iştirak etdi. “Bakı Şəhər Halqası”, “BakuSteel Company”, “Kontakt”, “Gəncə Avtomobil Zavodu” festivalınümumi konseptinə uyğun guşələri ilə tədbiri daha da rənglietdilər.
“Bakı Şəhər Halqası” guşəsində sərgilənən ekspozisiyada təqdimolunan orijinal Formula 1 bolidinin dizaynı, Azərbaycan xalçaçılıqsənətinin zəngin ənənələri ilə müasir texnologiyanı və avtomobilidmanının dinamikasını bir araya gətirən uğurlu bir sintezitəcəssüm etdirdi. Bolidin üzərində əks olunan naxışlar qədimxalçaçılıq irsimizi yeni və yaradıcı bir formatda təqdim edərək,onu milli mədəniyyətimizin bənzərsiz vizual ifadəsinə çevirdi.İstifadə olunan ornamentlər “Xan Qarabağ” tipli xalçalarda rastgəlinən sadə, lakin dərin mənalar daşıyan motivlərə əsaslanmışdı.Bu motivlər Günəş, Hərəkət, Əbədiyyət və Əzəmət anlayışlarınısimvolizə edirdi. Fırlanan və dinamik quruluşları bolidin sürət vəgücünü vizual şəkildə vurğulayır, sənət ilə texnologiyanın harmonikvəhdətini əks etdirən təsirli bir obraz yaradırdı. Bu dizayn2024-cü ildə keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisinin rəsmitərtibatı çərçivəsində də istifadə olunmuşdu. Bundan əlavə,festival boyunca Formula 1 stendinin ətrafında DJ insanlarıəyləndirmiş, uşaqlar isə onlar üçün təşkil olunmuş güşədəsimulyatorlarda Bakı trassını sürərək özlərini əsl Formula 1 pilotukimi hiss etmişdilər.
Festivalın sponsorlarından biri "Kontakt" mağazalar şəbəkəsimaraqlı stendi ilə tədbirə rəng qatdı. Şəbəkənin stendlərindərəssam əl işi olan milli ornamentli tozsoranlar nümayiş olunurdu.Bununla yanaşı, festival boyu xalçaçılıq ilə bağlı müxtəlif oyunlartəşkil olunmuş və iştirakçılara hədiyyələr təqdim edilmişdi.
Festivalın böyükdən-kiçiyə ən çox maraq cəlb edən güşələrindənbiri “Gəncə Avtomobil Zavodu”nun təqdim etdiyi və “Azərxalça”ASC-nin yaradıcı qrupu tərəfindən milli xalça ornamentlərinə uyğunbəzədilmiş traktor oldu. Traktorun üzərində “Butalı Gəncə” və“Çıraqlı” Gəncə xalçalarının naxışlarından istifadə olunmuşdu.“Butalı Gəncə” xalçasındakı “buta” elementi bütün şərqdə, ocümlədən Azərbaycan xalçalarında ən geniş yayılmış naxışlardansayılır. “Buta” çox geniş əşya və naxış elementlərini təmsiletməklə təbiətin canlı və cansız, o cümlədən insan, heyvan, bitkivə s. cismlərinin təsviridir. “Çıraqlı” xalçasında rast gəlinən“qarmaqlı” elementi türk xalqlarında qədim zamanlardan səma, yer,təbiət, bolluq və bərəkət rəmzi kimi qəbul edilib.
“Baku Steel Company” isə festivalda Azərbaycan xalçaçılıqənənələri ilə müasir metal sənətinin vəhdətini əks etdirən üçkompozisiya ilə təmsil olunmuşdu. Bunlar “Baku Steel Art 2024”beynəlxalq simpoziumu çərçivəsində Türkiyəni təmsil edənheykəltəraş Nilhan Sesalanın müəllifi olduğu “Köklərim üçün fidan”,azərbaycanlı heykəltəraş Müşfiq Heydərovun yaratdığı “Dəmir irs” vəbu festival üçün xüsusi hazırlanmış, yerli heykəltəraş JaləƏliyevanın müəllifi olduğu “İki ömrün şahidi” əsərləri idi.