"Eyni zamanda, elektrik generatorları və oksigen cihazlarının da ciddi çatışmazlığı ilə üzləşmişik",- sözçü deyib.
![]() |
BMT: "Qəzzalılar "nə tapırlarsa" yeməyə məcbur qalıblar" |
Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmayıb, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırıb. Bu səbəbdən Qəzza zolağında kütləvi aclıq başlayıb. Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri birgə bəyanatla İsraili Qəzza zolağına humanitar yardımın keçidinə yenidən icazə verməyə çağırıb.
Firudin Həmidli
AzVision.az