AZ

Konfrans Liqası: Polşaya kimlər gedəcək?

Bu gün UEFA Konfrans Liqasında da finalçılar müəyyənləşəcək.

Publika.az xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirində də yarımfinalın cavab oyunları eyni vaxtda keçiriləcək.

Konfrans Liqasının aşkar favoriti "Çelsi" İsveçdə 4:1 hesabı ilə məğlub etdiyi "Yurqorden"i Londonda qəbul edəcək. Bu görüşü formal hesab etmək də olar.

Lakin digər yarımfinal cütü olduqca maraqlı mübarizə vəd edir. "Fiorentina" və "Betis" arasında İspaniyada baş tutan ilk matçda ikincilər 2:1 hesablı qələbə qazansalar da, bu, onlara finala vəsiqə qazanmaq üçün kifayət etməyə bilər.

Qeyd edək ki, turnirin finalı mayın 28-də Polşanın Vroslava şəhərində keçiriləcək.

Seçilən
0
publika.az

1Mənbələr