AZ

Kəlbəcərdə avtomobil dərəyə aşıb - Xəsarət alan var

11:52 08.05.2025
11:52 08.05.2025

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İstisu qəsəbəsi ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Namiq Mamedov "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb.

Hadisə nəticəsində sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
0
1
mynews.az

2Mənbələr