AZ

Sumqayıtda 51 yaşlı ruhi-əsəb xəstəsi itkin düşüb - FOTO

İtkin düşən 51 yaşlı şəxs axtarılır.

Sumqayıt şəhər sakini ruhi-əsəb xəstəxanasında qeydiyyatda olan 51 yaşlı Nəsimi Ağayev cari ilin aprel ayında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.  

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin (018) 65 4-02-02, (018) 65 5-76-65 şəhər və (+994)50-384-84-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Seçilən
0
18
operativmedia.az

10Mənbələr