AFFA-nın bayrağı altında keçirilən U-16 Liqasında yarımfinalçılardan 3-ü müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Qarabağ", "Zirə" və "Neftçi" komandaları 1/4 final mərhələsini uğurla adlayıblar.

Son yarımfinalçı sabah "Sumqayıt" - "Lion" matçında məlum olacaq.

AFFA U-16 Liqası

1/4 final, cavab oyunları 

"Sabah" - "Qarabağ" 0:0 (ilk oyun - 2:3)

UGİM (Şərur) - "Zirə" 1:3 (ilk oyun  - 1:6)

"Neftçi" - "Səbail" 4:1 (ilk oyun - 2:1)

"Sabah" - "Qarabağ" matçından fotolar: