Prodüser müğənni JONY-nin (Cahid Hüseynli) bir konsertinin qiymətini açıqlayıb. Məşhur ifaçı bir neçə milyon qazanır və yaxşı reputasiyasını qoruyub saxlayaraq ən çox maaş alan sənətçilər sırasındadır.
Prodüser Sergey Dvortsov bildirib ki, müğənni JONY bir çıxışına görə təxminən 6 milyon rubl (126 min manatdan çox) qazanır. “News.ru” prodüserin sözlərini sitat gətirir.
Ekspertin fikrincə, sənətçi səhnədə ən yüksək maaş alanlardan biridir. Sənaye nümayəndəsi əlavə edib ki, Cahidi (müğənninin əsl adı) Rusiya səhnəsində gənc nəsil arasında ən yaxşısı hesab edir.
Prodüser izah edib ki, belə yüksək qiymət JONY-nin yaxşı reputasiyası və səmərəliliyi ilə bağlıdır: o, aktiv şəkildə korporativ tədbirlərə, toylara, ad günlərinə və digər şənliklərə dəvət olunur.
Xatırladaq ki, JONY tezliklə Azərbaycanın paytaxtında çıxış edəcək – sənətçi iyulun 23-dən 26-dək Sea Breeze-də keçiriləcək “DREAM Fest 2025” beynəlxalq musiqi festivalında iştirak edəcək.
Almaz Həsənli