AZ

PSJ – “Arsenal” oyunundan sonra 43 nəfər saxlanılıb

Bakı, 8 may, AZƏRTAC

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ və “Arsenal” komandaları arasında keçirilmiş cavab matçından sonra iğtişaş baş verib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Paris polisi bu səbəbdən 43 nəfəri saxlayıb. Təhlükəsizliyin təmin edilməsi üçün hadisə yerinə iki minə yaxın polis əməkdaşı yerləşdirilib.

İğtişaşlar zamanı avtomobil piyadaların üzərinə aşıb və bundan sonra azarkeşlər maşını yandırıblar.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Arsenal”ı 3:1 hesabı ilə məğlub edən PSJ finalda İtaliyanın “İnter” komandasına rəqib olub. Həlledici qarşılaşma mayın 31-də keçiriləcək.

Seçilən
0
azertag.az

1Mənbələr