AZ

Səfir: Azərbaycan Suriya ilə əlaqələndirmə və əməkdaşlığı davam etdirməyə hazırdır

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın vəqflər naziri Məhəmməd Əbu əl-Xeyr Şükri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Tərəflər iki dost xalq arasında əlaqələri daha da möhkəmləndirmək məqsədilə İslam işləri və vəqflər sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Həmçinin agentlik qeyd edib ki, Şahhüseynov görüş zamanı Azərbaycan rəhbərliyinin qarşılıqlı maraq doğuran məsələlərdə iki ölkə arasında əlaqələndirmə və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Seçilən
0
report.az

1Mənbələr