BAKI, 8 may. TELEQRAF
Ümummilli lider Heydər Əliyevin 102 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Teleqraf xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları sözügedən aksiyaya qoşulublar.
Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən aksiya paytaxtın Nərimanov rayonu ərazisində baş tutub.
Ombudsman Səbinə Əliyeva bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman ekoloji problemlərin həllinə, yaşıl zonaların genişlənməsinə çox həssas yanaşıb və bu məsələlərin həlli istiqamətində tərəfindən mühüm tədbirlər həyata keçirilib:"Bu gün Ulu Öndər Heydər Əliyevin bu siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və davam etdirilməkdədir. Bu təşəbbüsü Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Nərimanov bələdiyyəsi ilə birlikdə həyata keçiririk.
Ağacəkmə aksiyası ənənəyə çevrilib və 102 ağac əkilib. Biz mütəmadi olaraq bu aksiyaları həyata keçiririk. Fürsətdən istifadə edərək, hər kəsi ətraf mühitin mühafizəsində və yaşıllıqların artırılmasına xidmət edən bu cür aksiyalarda fəal iştirak etməyə dəvət edirəm".