Qırğızıstanın hərbi xərcləri 2020-ci ildən bəri 400% artıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov İkinci Dünya Müharibəsinin 80 illiyi şərəfinə keçirilən hərbi paradda deyib.
“2020-ci ildən Silahlı Qüvvələrin və digər hərbi strukturların büdcəsi 400% artıb. Qoşunlarımız müasir silahlarla təchiz olunub.
Hərbi şəhərciklərin və qarnizonların infrastrukturu yaxşılaşdırılır. Maddi-texniki təchizat lazımi səviyyədə təmin olunub”, – Japarov bildirib.
Xuraman Etibarlı
İnterpress.az