Sumqayıtda emalatxanada partlayış olub.

Leqal.info xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında baş verib.

Sözügedən hadisə sobanın partlaması nəticəsində olub. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info