Ağdamda 1-ci Yüzbaşlı kənd orta məktəbinin 10-cu sinif şagirdi Elsəvər Əhmədov 1 həfdədir ki, məktəbə buraxılmır.
Məktəbi direktoru Polad Zeynalov şagirdin məktəbə buraxılmaması ilə bağlı tapşırıq verib.
Şagirdin valideynləri direktorun bu davranışını qanunsuz hesab edərək, “Sitat.info”ya şikayətləniblər.
Ötən gün şagird Elsəvər Əhmədov dayısı ilə birgə yenidən məktəbə yollanıb.
Mühafizəçi direktor tərəfindən konkret olaraq onun məktəbə girməsinin qadağa qoyulduğunu bildirib, mübahisə yaşanıb.
Həmin anlar videolentə alınıb.
Şagirdin sözlərinə görə, müəlliminin nalayiq ifadələrinə qarşılıq verdiyi üçün direktor onu məktəbdən uzaqlaşdırıb.
Daha ətraflə təqdim etdiymiz videodan izləyin…
Aytac,
Sitat.info