AZ

Qeyri-neft sektorunun ixracı 18 % artdı

BAKI, 8 may. TELEQRAF

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayında bildirilir.

İcmala əsasən bu dövrdə yeyinti məhsullarının ixracı 12,1% artaraq 300.1 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin ilk dörd ayında qeyri-neft-qaz sahəsi üzrə ixrac olunan mallar arasında kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5%, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qara metallar və onlardan
hazırlanan məmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7%, meyvə-tərəvəz 26,8 ABŞ dolları və ya 14,8%, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq iplik 360,9 min ABŞ dolları və ya 5,3% artıb.

Seçilən
0
6
teleqraf.com

10Mənbələr