Hurriyyet.az xəbər verir ki, Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent RF Prezidenti Vladimir Putini "hərbi cinayətkar" adlandırıb. Nazir bununla yanaşı, onunla danışıqlar aparmağı vacib hesab elədiyini də söyləyib.
Konqresdəki dinləmələr zamanı Putini hərbi cinayətkar hesab elədiyi barəsində suala Bessent "Bəli" cavabını verib. Nazir bunun Putinlə danışıqlar aparmağın qeyri-mümkün olduğu demək olmadığını da bəyan edib.
Bessent Deyib: "Mənim fikrimcə, diplomatiyanın təbiəti elədir ki, hər iki tərəflə danışıqlar aparmaq lazım gəlir. Mənim fikrimcə, II Dünya müharibəsindən sonra yaponlarla danışıqlar aparmaq zəruri idi".
Bessentin Yaponiya şəhərlərinə atom bombası atıldığına işarə vurması başqa bir hərbi cinayəti xatırlarmaq kimi şərh edilə bilər.
Hürr Tərcüman