“Ola bilsin ki, Vens haqlıdır. Biz bəzi qərarların qəbul edilməli olacağı məqama yaxınlaşırıq və mən bundan məmnun deyiləm”,- ABŞ prezidenti vurğulayıb.
Eyni zamanda, Tramp münaqişənin tənizmlənməsində Moskvanın maraqlı olmadığını düşünmədiyini bildirib.
Bundan əvvəl Vaşinqtonda keçirilən konfransdakıçıxışında ABŞ-nin vitse-prezidenti Cey Di Vens Moskvanın danışıqlarda “həddən artıq” güzəştlər, o cümlədən Krımın Rusiyanın ərazisi kimi beynəlxalq səviyyədə tanınmasını tələb etdiyinə diqqət çəkib.
![]() |
Rubio:“ABŞ Ukrayna üzrə danışıqlardan çıxa bilər” |
Xatırladaq ki, keçən həftə Rusiya və Ukrayna arasında vasitəçilikdə iştirakını azaltdığını açıqlayan Tramp administrasiyası tərəfləri müharibəni dayandırmaq üçün öz konkret təklifləri ilə çıxış etməyə səsləyib.
Danışıqları asanlaşdırmaq üçün daha az diplomatik səfərlər göstərəcəyini bildirən ABŞ-nin Dövlət departamenti xarici siyasətin digər aspektlərinə diqqət yetirəcəyini vurğulayıb.
ABŞ-nin Dövlət katibi Marko Rusbio isə, aprelin 17-də Parisdə Avropa İttifaqı (Aİ) və Ukrayna nümayəndələri ilə görüşdən sonra bir neçə günə Moskva və Kiyev arasında sülh razılaşmasının əldə edilə biləcəyinə dair açıq-aşkar əlamətlər olmasa, Vaşinqtonun bu yöndə vasitəçilik cəhdlərini dayandıracağını açıqlamışdı.
Sahil İsgəndərov
AzVision.az