AZ

Avtomobil dərəyə aşdı - Xəsarət alan var

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az-ın məlumatına görə, hadisə İstisu qəsəbəsi ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Namiq Mamedov "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb.

Hadisə nəticəsində sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
1
manset.az

2Mənbələr