"Napoli" "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyneni heyətinə qatmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Futbolçunun Avropada qalmaq istədiyi və "Liverpul"dan da təklif olduğu qeyd edilir.
Aprelin əvvəlində belçikalı futbolçu mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlamışdı.