AZ

Universitetin kampusuna balta ilə hücum olub

Varşava Universitetinin kampusuna balta ilə silahlanmış şəxs daxil olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Polşa polisi X sosial şəbəkəsində məlumat verib.

"Bir nəfər ölüb, digəri isə xəsarətlə xəstəxanaya çatdırılıb. Hadisə təxminən saat 18:40 radələrində Varşava Universitetinin şəhərciyinə daxil olan bir nəfərin oradakı insanlara balta ilə hücumu zamanı baş verib", - deyə məlumatda qeyd olunur.

Xəbər 5 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr