AZ

Qurban Qurbanov istədi, rəhbərlik hərəkətə keçdi

Çempionluğu vaxtından əvvəl elan edən “Qarabağ”da transfer hazırlıqları başlayıb.

İdmanxeber.az-a verilən məlumata görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdam klubu heyətini gücləndirmək niyyətindədir. Artıq bu istiqamətdə çalışmalar başlayıb.

Baş məşqçi Qurban Qurvanov rəhbərlikdən ilk olaraq hücumçu alınmasını tələb edir. Olavio Juninyonun ayrılmasının ardından həmin mövqedəki boşluq hələ də doldurulmayıb.

Heyətdəki forvardlar isə avrokubok səviyyəsində görülmür. Bu səbəbdən də klub indidən hücumçu axtarışlarına başlayıb. 

 

 

Seçilən
0
idmanxeber.az

1Mənbələr