Ukrayna milli valyutasını dollardan ayıraraq avroya bağlamağı nəzərdən keçirir.
Ulusal.az xəbər verir ki, Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnıy “Reuters” agentliyinə verdiyi açıqlamada ölkə valyuta bazarında hələ də ABŞ dollarının dominant mövqedə olduğunu təsdiqləsə də, avro ilə əməliyyatların artdığını bildirib.
Onun sözlərinə görə, bu artım hazırda mülayim templərlə gedir.
Pışnıy əlavə edib ki, Ukraynanın potensial olaraq Avropa İttifaqına üzvlüyü, Aİ-nin ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində rolu, qlobal bazarlardakı qeyri-sabitlik və dünya ticarətində parçalanma riski fonunda qrivnanın əsas dayaq valyutası kimi avroya bağlanması məsələsi müzakirə olunur.
Ukraynanın bu addımı bölgədə iqtisadi vektorun dəyişməsinə səbəb ola bilər. Bu qərar, əgər qəbul olunarsa, dolların postsovet məkanındakı təsirinə ciddi zərbə kimi qiymətləndirilə bilər.Musavat.com