AZ

Ərdoğan: “Türkiyə Hindistan və Pakistan arasındakı gərginliyi azaltmaq üçün əlindən gələni edəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Vətəninfo.az xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə Hindistan və Pakistan arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün “əlindən gələni etməyə hazırdır”.

Prezident Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda həlak olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Dövlət başçısı Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu bildirib.

Ərdoğan Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təşəbbüslərin davam etdiriləcəyini deyib.

Qeyd edək ki, İslamabad aprelin 7-də bildirib ki, Pakistan və Pakistanın idarə etdiyi Kəşmirdə Hindistanın “Sindoor əməliyyatı” zamanı azı 26 mülki şəxs ölüb, 46 nəfər yaralanıb.

Yeni Dehli isə Pakistandakı “terror infrastrukturunu” hədəf aldığını bildirib.

Seçilən
0
2
veteninfo.az

10Mənbələr