AZ

Paşinyanın qələbə planı: Komandasını tamamilə yeniləyir

BAKI, 8 may. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası və İdarə Heyətində kifayət qədər ciddi dəyişikliklər gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Hakim partiyadan erməni nəşrinə bildirilib ki, Baş nazir Nikol Paşinyan partiyanın İdarə Heyətinin tərkibini yuxarıdan aşağıya dəyişmək niyyətindədir:

“Ermənistan baş naziri qarşıdakı seçkilərə tam yenilənmiş komanda ilə qatılmaq istəyir. Buna görə də, Paşinyan “Vətəndaş Müqaviləsi”nin İdarə Heyətinin iclaslarında partiya üzvlərinin davranışlarını, onlarla bağlı müxtəlif iddiaları və korrupsiya ilə bağlı müxtəlif açıqlamaları müzakirə etmək qərarına gəlib. Yəni Nikol Paşinyan partiya üzvlərini imtahana çəkir. Kim o sınaqdan keçsə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində Paşinyanla birlikdə iştirak edəcək.

Məlumata görə, Nikol Paşinyanın artıq kimlərin onunla yolu davam edəcəyi barədə dəqiq siyahısı var. Hakimiyyətə yaxın mənbələrimiz bildirirlər ki, onlara əsasən partiyanın hazırkı deputatları daxildir”.

“Joqovurd” Ermənistan baş naziri gələn il keçiriləcək parlament seçkilərində qələbəni bərbi başdan təmin etmək niyyətindədir.

Seçilən
0
teleqraf.com

1Mənbələr