TBİLİSİ, 8 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 141 468 nəfər təşkil edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.
Azərbaycanın milli aviadaşıyıcısı bu göstərici ilə Gürcüstana ən çox sərnişin daşıyan şirkətlərin ilk beşliyində yer alıb. Hesabat dövründə AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 7 %-ə bərabər olub.
Bu ilin ilk dörd ayında qonşu ölkəyə ən çox sərnişin daşıyan xarici şirkətlərin ilk üçlüyünə “Wizz Air” (392 454 nəfər), “Pegasus” (180 098 nəfər) və “Turkish Airlines” (151 719 nəfər) daxil olub.
Qeyd edək ki, 2024-cü ildə AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 6% olub.