AZ

ÇL: Yarımfinalın ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, həftənin ən yaxşısı seçilmək üçün 2 futbolçu mübarizə aparacaq. Bunlar "İnter"in qapıçısı Yan Zommer və PSJ-nin müdafiəçisi Əşrəf Hakimidir.



Yan Zommer "İnter"in "Barselona"nı 4:3 hesabı ilə məğlub etdiyi qarşılaşmada kritik qurtarışlarla qələbədə pay sahibi olub. Hakimi isə "Arsenal"la matçda komandasının 2-ci qolunu vurub.

Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.

Seçilən
0
fanat.az

1Mənbələr