AZ

Ukrayna ABŞ dollarından imtina edə bilər

Ukrayna

“Qlobal ticarətin parçalanması və Avropa ölkələri ilə əlaqələrin artması səbəbindən Ukrayna ABŞ dollarından imtina etmək və ola bilsin, öz valyutasını avroya daha yaxınlaşdırmaq barədə düşünməyə başlayır”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı “Reuters”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına (Aİ) potensial üzvlüyü, ölkənin müdafiə qabiliyyətinin təmin edilməsində Aİ-nin artan rolu, qlobal bazarlarda daha çox volatillik və qlobal ticarətin parçalanma ehtimalı Milli Bankın avronun dollar əvəzinə Ukrayna qrivnası üçün baza valyutası olub-olmaması barədə düşünməsi üçün səbəblərdir.

“Bu iş mürəkkəbdir və yüksək keyfiyyətli, hərtərəfli hazırlıq tələb edir”, - Pışnı vurğulayıb. O əlavə edib ki, ABŞ dolları ilə aparılan əməliyyatlar hələ də valyuta bazarının bütün seqmentlərində üstünlük təşkil etməkdə davam edir, lakin avro ilə ifadə olunan əməliyyatların payı əksər seqmentlərdə “indiyə qədər orta səviyyədə” olsa da, artır.

“Reuters” xatırladıb ki, dollar beynəlxalq ticarətdə üstündür və qlobal ehtiyatların əksəriyyətini təşkil edir. Xüsusilə Səudiyyə Ərəbistanı və Honq-Konq da daxil olmaqla böyük iqtisadiyyatlar öz valyutalarını dollara bağlayırlar. Eyni zamanda, Donald Trampın prezidentliyi dövründə ABŞ-nın ticarət müharibəsinə başlaması, bəlkə də bir əsrdə ən yüksək tarifləri tətbiq etməsi bəzi ekspertlərin dolların dünyanın ehtiyat valyutası kimi gələcək rolunu şübhə altına almasına səbəb oub.

V. QULİYEV
Seçilən
0
reyting.az

1Mənbələr