Bu gün də bəzi çaylarda sululuq artıb.
Manset.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 28 sm, Qarasuçayda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçay-Vəngdə 3 sm, Kür çayının aşağı axınında Kür-Surrada 50 sm, Kür-Zərdab, Kür-Salyanda 20 sm, Kür-Şirvanda 42 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 48 sm, Araz çayının yuxarı axımında isə 10 sm artım qeydə alınıb.
Transsərhəd çayı olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 294 m3/san olmaqla normanın 148%-ni təşkil edir.