AZ

"Ayaks" PSJ-dən 16 yaşlı futbolçu ilə müqavilə imzalayıb

"Ayaks" PSJ-nin gənclərdən ibarət komandasının 16 yaşlı hücumçusu Romeo Qarnierin transferi ilə bağlı razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun futbol direktoru Marijn Beuker məlumat verib.

Futbolçunun Amsterdam klubu ilə müqaviləsi 2025-ci il iyulun 1-də qüvvəyə minəcək və 30 iyun 2028-ci il tarixinədək qüvvədə olacaq.

Gələn mövsüm forvard klubun U17 komandasında çıxış edəcək.

Seçilən
0
operativmm.az

1Mənbələr