AZ

İlk gün səsvermədə yeni Papa seçilmədi: Seçimlər tüstü ilə elan ediləcək

Yeni Papa səsvermənin ilk günündə seçilə bilmədiyi üçün Vatikanda Sikstin kapellasının bacasından qara tüstü qalxıb.

Turkustan.az xəbər verir ki, konklavın sabah səhər yenidən toplanacağı bildirilib.

Katoliklərin son ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin aprelin 21-də vəfat etməsindən sonra dünya üzrə 1,4 milyard üzvü olan Katolik Kilsəsində bütün gözlər növbəti Papanın kimin olacağına çevrilib.

Katolik Kilsəsinin 267-ci Papasının müəyyən ediləcəyi tarixi Konklavda 80 yaşından aşağı olan və seçkidə iştirak etmək hüququ olan 133 kardinal səhər saatlarında birlikdə ibadət edərək yerli vaxtla 16:30-da Sistine Kapellasında ilk iclas üçün bir araya gəlib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
turkustan.az

1Mənbələr