AZ

Hindistanda helikopter qəzası: 5 nəfər həyatını itirdi

Hindistanın Uttarakhand ştatında baş verən helikopter qəzası nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Far.Az India Today nəşrinə istinadən xəbər verir ki, hadisə Uttarkashi bölgəsindəki Ganganani termal bulaqları yaxınlığında, yerli vaxtla saat 09:00 radələrində baş verib. Qəza zamanı 7 nəfərlik özəl helikopter Gangotri istiqamətində hərəkətdə olub.

Qəzada 5 nəfər həyatını itirib, daha 2 nəfər isə ağır yaralanıb.

Uttarakhand ştatının baş naziri Puşkar Sinx Dhami açıqlamasında hadisənin səbəblərinin araşdırılması üçün göstəriş verdiyini bildirib. Helikopterin özəl məqsədlə istifadə edildiyi qeyd olunur.

Seçilən
0
far.az

1Mənbələr