AZ

“Yumşaq güc” konsepsiyasının müəllifi Cozef Nay VƏFAT ETDİ

Politoloq Cozef Nay 88 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə onun professoru olduğu Harvard Universitetinin Con Kennedi Hökumət Məktəbindən məlumat verilib.

O, neoliberalizmin banisi hesab olunur və “yumşaq güc” konsepsiyasının müəllifidir.

Müasir siyasətdə ən mühüm anlayışlardan birinə çevrilmiş “yumşaq güc” anlayışını ilk dəfə alim Cozef Nay formalaşdırıb.

Bu, hərbi və iqtisadi təzyiqə əsaslanan “sərt güc”dən fərqli olaraq, dövlətin öz mədəniyyətinin və ictimai-siyasi dəyərlərinin cəlbediciliyi ilə öz məqsədlərinə nail olmaq qabiliyyətinə aiddir.

Xuraman Etibarlı

İnterpress.az

 

 

Seçilən
0
interpress.az

1Mənbələr