AZ

Şimali Koreya Yapon dənizi istiqamətində növbəti ballistik raket buraxdı

Şimali Koreya Yapon dənizi istiqamətində naməlum ballistik raket atıb. Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə (JCS) istinadən məlumat yayıb. Raketin növü və buraxılış məsafəsi haqqında heç bir məlumat verilmir.

Agentlik xatırladıb ki, Şimali Koreya sonuncu dəfə martın 10-da, ehtimal ki, qısa mənzilli bir neçə ballistik raket atıb. Bundan sonra Cənubi Koreya və ABŞ birgə yaz hərbi təlimlərinə başlayıb.

Bir həftə əvvəl Şimali Koreya yeni esminesindən səsdən sürətli raketlər buraxıb, həmçinin 127 mm-lik göyərtəyə quraşdırılmış avtomatik topun sınaqlarını həyata keçirib.
Yaponiya KXDR-ə etiraz notası göndərib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr