AZ

Hindistanda helikopter QƏZASI - Ölənlər və yaralananlar var - FOTO

Hindistanın Uttarkaşi dairəsində helikopter qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, cümə axşamı səhər Uttarkaşi yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində bir pilot da daxil olmaqla altı nəfər həlak olub.

Vertolyotun göyərtəsində yeddi nəfərin olduğu, onlardan altısının öldüyü, birinin yaralandığı bildirilir.

Helikopter qəzasında həyatını itirən 6 nəfərdən 5-i qadın turist olub. Qadınların kimliyi müəyyən edilib. 

Qəzanın baş vermə səbəbi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
0
2
milli.az

3Mənbələr