''Kocaelispor''un elitaya vəsiqə qazandığını xəbər vermişdik.
"Football-plus.az"ın məlumatına görə, Kocaeli təmsilçisi 16 illik həsrətə son qoyaraq superliqada oynamağa haqq qazanıb. Amma bu uğura baxmayaraq komandada indidən problemlər və söz-söhbətlər baş qaldırıb.
Qeyd edək ki, ''qara-yaşıllar'' 1-ci liqada mövsümə Ərtuğrul Sağlamın başçılığı altında start vermişdilər. Ancaq mövsümün ortalarında təcrübəli məşqçi ilə rəhbərliyin münasibətləri korlandığından Sağlam sürpriz şəkildə istefa vermişdi. Baxmayaraq ki, komanda həmin vaxt lider idi. Klub prezidenti Rəcəp Durul komandanın oynadığı futbolu bəyənmədiyini, eləcə də oyunçularda fiziki və psixoloji cəhətdən geriləmə yaşandığını vurğulamışdı. O, Sağlam ilə ünsiyyətinin də istənilən səviyyədə olmadığını etiraf etmişdi. Ancaq bu şok istefa nəticələrə ciddi təsir göstərmədi. Ərtuğrul Sağlamın yerinə baş məşqçi postuna İsmət Taşdəmir gətirildi və bu mütəxəssis qarşıya qoyulan hədəfə çataraq komandanı elitaya daşıdı. Amma fanatlar arasında bu məşqçinin elita üçün yetərli olacağına şübhə ilə yanaşanlar var. Elə ''Kocaelispor''un elitaya vəsiqə qazandıqdan sonra keçirdiyi matçlarda bərbad təsir bağışlaması və kimə gəldi uduzması da Taşdəmirin nüfuzuna xələl gətirib.
Bu arada son iki gündə bu mövzuda diqqətçəkən olaylar yaşanıb. Birinci xəbər ondan ibarətdi ki, Türkiyə mətbuatının iddiasına görə rəhbərlik artıq yeni məşqçi ilə anlaşıb. Bu, Markus Gisdoldu. Almaniyalı mütəxəssislə ''2+1'' illik anlaşma əldə olunub. Mövsüm bitən kimi Taşdəmir ilə yollar ayrılacaq. Gisdol ötən mövsüm ''Samsunspor''u sonuncu pillədə qəbul edərək dirçəltməsi ilə diqqət çəkmişdi. Yəni o, Türkiyə futbolunu yaxından tanıyır. Digər xəbər isə ondan ibarətdi ki, Ərtuğrul Sağlam gözlənilmədən məhz indiki məqamda mətbuat konfransı keçirmək və prezident Rəcəp Durulun aylar öncə onun haqqında dediyi sözlərə cavab vermək qərarına gəlib. Maraqlıdı ki, mətbuat konfransının Kocaelidə keçiriləcəyi gözlənilirdi. Amma təhlükəsizliklə bağlı problemlər üzündən Kocaelidə yerləşən ''The Sign Otel''də baş tutmalı olan konfrans təxirə salındı.
Belə ki, fanatların otelin önündə toplanaraq etiraz aksiyası keçirmək ehtimalı yaranmışdı. Bu dəfə Sağlam mətbuat konfransını İstanbulda keçirmək qərarına gəlib. Onun mayın 7-də İstanbulda jurnalistlər önünə çıxaraq önəmli açıqlamalar verəcəyi gözlənildiyi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta