
Britaniyanın "Sotheby’s" hərrac evi Buddanın külləri ilə birgə saxlanılan zinət əşyalarının satışını Hindistan Mədəniyyət Nazirliyinin etirazından sonra təxirə salıb. Bu barədə The Guardian məlumat yayıb.Hərrac 7 may tarixində keçirilməli idi. Satışa çıxarılacaq zinət əşyaları Hindistanın şimalında yerləşən Pipraxva kəndindəki dini tikilidə (stupa) Buddanın yandırılmış qalıqları ilə birlikdə saxlanılıb.Hindistanın Mədəniyyət Nazirliyi bu hərracı qeyri-etik hesab edib və “Sotheby’s”ə göndərdiyi rəsmi bildirişdə satışın ləğvini və relikviyanın geri qaytarılmasını tələb edib. Nazirlik bu zinət əşyalarının “Buddanın müqəddəs bədəninin bir hissəsi” kimi qiymətləndirilməli olduğunu vurğulayıb.Hərrac evi satışla bağlı maraqlı tərəflərlə danışıqlar aparmağı planlaşdırır.“Pipraxva zinət əşyaları” kolleksiyasına təxminən 1800 artefakt daxildir — qiymətli və yarımqiymətli daşlar, mirvarilər, qızıl və gümüş əşyalar, müxtəlif bəzək əşyaları. Onlar 1898-ci ildə britaniyalı torpaq sahibi Uilyam Klakston Peppe tərəfindən arxeoloji qazıntılar zamanı tapılıb.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Demi Murun Həyatla Mübarizə Hekayəsi
Qəlbin Səsinə Çevrilən Alət – Balaban - VİDEO
“Mədəniyyət Dalğası” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Asya Hacızadədir.