Trampdan gözlənilməz AÇIQLAMA: "24 saat ərzində..."
Ajans.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb. Prezident “hazırda Qəzza ilə bağlı çox danışılır, yəqin ki, yaxın 24 saat ərzində öyrənəcəksiniz” ifadələrini işlədib. Qəzzadakı atəşkəs danışıqlarından xəbəri olan bir mənbə, atəşkəslə bağlı masada yeni təkliflərin olmadığını bildirərək, “Vasitəçilər tərəfindən sıx səylər var və təmas itkisi yoxdur, lakin hələlik konkret təkliflər yoxdur. Həmas hələ də müharibənin dayandırılması müqabilində tam atəşkəsdə israr edir.İsrail müharibəni bitirmək istəmir”, - deyə bildirib. Atəşkəsi pozan İsrail, yeni atəşkəs təkliflərini rədd etdiyi səbəbiylə HƏMAS-a qarşı "artan hərbi güclə" hərəkətə keçəcəyini açıqlayıb. HƏMAS isə “İsrail verdiyi vədlərə əməl etməyib və atəşkəsdə vasitəçilik edən ölkələr qarşısında öhdəliklərini yerinə yetirməyərək Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımını yenidən başlayıb”açıqlamasını verib.