AZ

"Bayer 04"ün hücumçusu İngiltərə klublarının transfer siyahısında yer alıb

Almaniyanın "Bayer 04" klubunun hücumçusu Patrik Şik İngiltərə klublarının transfer siyahısında yer alıb.

"Report" "Caught Offside"a istinadən xəbər verir ki, 29 yaşlı çexiyalı futbolçu "Arsenal", "Mançester Yunayted" və "Çelsi"nin hədəfindədir. Hücumçu bu yay sözügedən klublardan birinə keçə bilər.

Qeyd edək ki, P.Şik cari mövsüm "Bayer 04"ün heyətində meydana çıxdığı 43 oyunda 25 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" oyunçunun dəyərini 27 milyon avro qiymətləndirir.

Seçilən
0
report.az

1Mənbələr