AZ

Yasamal ictimaiyyəti Ulu Öndərin xatirəsini əziz tutur - Fotolar

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Heydər Əliyevin şah əsəri- müstəqil Azərbaycan” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ali təhsil məktəblərinin rektorları, ziyalılar, rayon bələdiyyəsi, səhiyyə müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elşad Həsənov qeyd edib ki, Ulu Öndərin zəngin həyat yolu, xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətləri hər bir azərbaycanlı üçün əsl fədakarlıq və vətənpərvərlik nümunəsidir. Ulu Öndər ömrünü xalqına həsr edib. Onun hakimiyyətdə olduğu bütün dövrlərdə - istər sovet dövründə, istərsə də müstəqillik illərində- həyata keçirdiyi siyasət Azərbaycanı sabitliyə, inkişaf və tərəqqiyə aparan yolun əsasını qoyub. Məhz onun uzaqgörənliyi və dəmir iradəsi sayəsində ölkəmiz 90-cı illərin ağır sınaqlardan keçərək bu günkü güclü və müasir dövlətə çevrilib.

RİH başçısı vurğulayıb ki, Yasamal rayonu olaraq biz də Heydər Əliyev irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xüsusi önəm veririk. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiyanın nəticəsidir ki, ölkəmiz regionun lider dövləti kimi çıxış edir və beynəlxalq aləmdə güclü söz sahibinə çevrilmişdir.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin Ulu Öndərin ömür yolundan bəhs edən filmə baxış keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyev dühasından, onun xalqımız qarşısında xidmətlərindən , böyüklüyündən, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətindən bəhs olundu, zaman keçdikcə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilməsindən danışıldı.Tədbir incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.









Seçilən
0
qafqazinfo.az

1Mənbələr