Argentinada milli mətbuatda yer alan xəbərə görə, Buenos-Ayres əyalət polisi prokurorluğun tələbi ilə Maradonanın həyatının son günlərində qaldığı Olivos klinikasına basqın edib.
Turkustan.az xəbər verir ki, Reyd zamanı Maradonanın müalicəsi ilə bağlı çoxsaylı laboratoriya nəticələri, 300 tibbi sənəd və 500-dən çox elektron məktub ələ keçirildiyi qeyd edilən hesabatda Olivos Klinikasının direktoru Pablo Dimitrof və Reanimasiya şöbəsinin müdiri Fernando Villarejo tərəfindən məhkəmədə verilən ziddiyyətli ifadələrin qərarın verilməsində təsirli olduğu vurğulanıb.
Əməliyyat səhər saatlarında aparılıb, xəbərdə deyilir ki, polis əməkdaşları klinikanın məsul həkimi Xuan Molinos, direktoru Pablo Kastiello və klinikanın sahibi Swiss Medical şirkətinin qanuni nümayəndəsi Qabriel Ravinoviçlə görüşüblər.
Polis hesabatında paylaşıldı ki, basqının məqsədi müttəhimlərin məhkəməyə təqdim etmədiyi sübutları əldə etmək və 3-11 noyabr 2020-ci il tarixləri arasında Maradona ilə rəftarla bağlı bütün qeydləri ələ keçirməkdir.
Bildirək ki, Maradonanın ölümündən sonra istintaq başladılıb və əfsanəvi futbolçunun ölümünə səbəb olmaqda Maradonanın neyrocərrahı Leopoldo Luke və psixiatr Aqustina Kosaçov da daxil olmaqla 7 şübhəli ittiham edilib.
Futbol tarixinin ən yaxşı oyunçularından biri olan Maradona 25 noyabr 2020-ci ildə Argentinanın Buenos-Ayres şəhərinin Tiqre şəhərində "xroniki ürək çatışmazlığı səbəbindən kəskin ağciyər ödemi" səbəbindən vəfat edib.
Aytən Yaşar/ Turkustan.az