Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin icrası çərçivəsində Özbəkistanın dövlət qurumlarının media ilə iş üzrə məsul nümayəndələrinin ölkəmizə səfəri davam edir.
Səfər çərçivəsində Özbəkistan Respublikası Dövlət Vergi Komitəsinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi – mətbuat katibi Dildora Haşimova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) olub.
Görüş zamanı iki ölkənin vergi orqanları arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb. Dildora Haşimovaya DVX-nin media strategiyası, ictimaiyyətlə əlaqələr sahəsində tətbiq olunan innovativ yanaşmalar, informasiya açıqlığı və şəffaflıq prinsipləri barədə ətraflı məlumat verilib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Qonaq DVX-nin Vergi muzeyi ilə tanış olub.