AZ

Tramp Pakistan və Hindistana kömək etmək istəyir - VİDEO

AzVision.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlamasındaAmerika lideri Nyu-Dehli ilə İslamabad arasında münasibətlərin kəskin şəkildə pisləşməsini şərh edib.

“Mən onların dayanmasını istəyirəm. Onlar “göz əvəzində göz” prinsipi ilə hərəkət etdilər və ümid edək ki, indi dayana bilərlər. Əgər kömək üçün nə edə bilərəmsə, mən orada olacağam”, - konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayan Donald Tramp bildirib.

Hindistan-Pakistan münasibətlərindəki gərginliklə bağlı“Bu, dəhşətlidir”deyən ABŞ prezidenti hər iki ölkə ilə anlaşdığını, onları çox yaxşı tanıdığını və bu dövlətlərin yaranmış eskalasiyanı həll etmələrini istədiyini vurğulayıb.

Pakistan Hindistan ordusuna zərbə endirib
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Cammu və Kəşmirin Pahalqam şəhərində 25 Hindistan və bir Nepal vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra pisləşib.

Hindistan Pakistanın Xidmətlərarası kəşfiyyatını (ISI) “Ləşkər-e-Tayibə” qruplaşması tərəfindən həyata keçirilən hücumla əlaqələndirən dəlillərə malik olduğunu bildirib.

Bundan sonra Hindistan və Pakistan qarşılıqlı məhdudiyyətlər tətbiq edərək, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını təyyarələr üçün bağlayıb. Son iki gündə isə mövcud gərginlik ciddi hərbi toqquşmalara çevrilib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr