AZ

Uşağınızda koksaki varsa, bunları edin - Həkimdən xəbərdarlıq

"Əl-ayaq-ağız xəstəliyi olan koksaki virus infeksiyasıdır".

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, bu infeksiya zamanı uşaqlarda hərarət olmaya da bilər:

“Qorxulu, təhlükəli deyil, ciddi ağırlaşması yoxdur, bir həftəyə sağalır. Yoluxan şəxs 2-3 gün evdə qala bilər, yoluxucudur. Səpkilərə nəsə vurmaq lazım deyil. Əsnəkdə, ağız içərisində də bu səpkilərdən olur deyə göynəmə, boğazda ağrı hissi ola bilər. Ona görə bərk qida, turş meyvə yemək məsləhət deyil. Səpkilər az narahat edən olur, çox da qaşınmır. Ayaqaltı səpkilərə görə uşaq ayağını basanda ağrıdığını deyə bilər. Narahat olacaq vəziyyət deyil. Əlamətlər yüngül olmazsa və uşağın taşı kiçik olarsa, virus əleyhinə və antihistamin preparatlar istifadə edə bilərsiniz.  Məsələn, “viferon” şam, “anaferon”, “engistol”, “erqoferon” ya da “inoseda” və ya “qroprinosin” verə bilərsiniz”, - deyə o əlavə edib.

Billurə Yunus

Seçilən
0
2
olke.az

3Mənbələr