Hindistanda helikopter qəzaya uğrayıb.
News24.az “India Today”ə istinadən xəbər verir ki, yerli vaxtla saat 09:00 radələrində Hindistanın Uttarkaşi bölgəsində şəxsi helikopter qəzaya uğrayıb.
Hadisədə 5 nəfər həyatını itirib, 1-i ağır olmaqla 2 nəfər yaralanıb.
Uttarakhand Baş Naziri Pushkar Singh Dhami verdiyi açıqlamada helikopterin qəzaya uğramasının səbəblərinin araşdırılmasına göstəriş verdiyini açıqlayıb.
Bildirilib ki, hadisə xüsusi məqsədlər üçün istifadə edilən 7 nəfərlik helikopter Qanqotriyə gedərkən baş verib.
Günel Məlikzadə