AZ

Hollandiya Rusiya ilə müharibə hazırlığına başladı

Hollandiya hərbi kəşfiyyat agentliyi MIVD-nin direktoru, vitse-admiral Piter Risnik Rusiyanın hərbi gücünü artırmasından narahatlığını ifadə edib. Bununla əlaqədar olaraq o, NATO ölkələri, o cümlədən Hollandiya ilə Rusiya arasında gələcəkde mümkün toqquşmanı istisna etməyib.

Bu fikirlər Amerikanın Politico qəzetində dərc olunan məqalədəndir.


"Hollandiya, NATO-nun digər üzvləri kimi yüksək hazırlıq vəziyyətindədir. Bu, mümkün qarşıdurmanın baş verəcəyi təqdirdə, proseslərə hazır olduğumuzdan əmin olmaq üçündür",- Hollandiya hərbi kəşfiyyat ahgentliyinin rəhbəri deyib.


O, beynəlxalq ictimaiyyəti xüsusilə diqqətli olmağa və gələn il ərzində mümkün hərbi toqquşmaya hazır olmağa çağırıb. Risnik vurğulayıb ki, Rusiya Federasiyasında hərbi istehsalın tempi eyni səviyyədə qalarsa, bu toqquşma böyük ehtimalla baş verəcək.


Qeyd edək ki, Qərbin Rusiyadan gələn təhlükələrə hazırlaşması Ukrayna müharibəsinə görə baş verir. Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə isə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girsə də,  sonda uğursuzluğa düçar oldu. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib və Kurskun işgalda qalan əraziləri azad edilib.

Tural

Seçilən
0
news365.az

1Mənbələr