AZ

Konfrans Liqasında finalçılar bəlli olur

Bu gün UEFA Konfrans Liqasının yarımfinal mərhələsində cavab oyunları keçiriləcək və turnirin finalına vəsiqə qazanacaq komandalar müəyyənləşəcək.

"Unikal" xəbər verir ki, İngiltərənin “Çelsi” klubu öz meydanında İsveçin “Yurqorden” komandasını qəbul edəcək. Günün digər görüşündə isə İtaliyanın “Fiorentina” klubu evdə İspaniyanın “Real Betis” komandası ilə qarşılaşacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, ilk oyunlarda “Çelsi” səfərdə “Yurqorden” üzərində 4:1, “Fiorentina” isə İspaniyada “Real Betis”ə qarşı 1:2 hesablı məğlubiyyətlə ayrılmışdı.

23:00. “Çelsi” - “Yurqorden” (ilk oyun - 4:1);
23:00. “Fiorentina” - “Real Betis” (ilk oyun - 1:2);

Seçilən
0
2
unikal.az

10Mənbələr