AZ

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə dəvət olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu Azərbaycana səfərə dəvət edib.

Hafta.az-ın Türkmənistan mediasına istinadən yazdığına görə, dəvət məktubunda Azərbaycanın dövlət başçısı vurğulayıb ki, ölkələrimizi “ortaq köklər, mənəvi-mədəni dəyərlər və qardaşlıq telləri” birləşdirir.

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun iki ölkə arasında dövlətlərarası münasibətlərin və strateji tərəfdaşlığın inkişafına şəxsi töhfəsini xüsusi qeyd edib.

“Sizin uzaqgörən və düşünülmüş siyasətiniz sayəsində qardaş Türkmənistanın davamlı inkişafı və beynəlxalq nüfuzunun artması bizi sevindirir”, - deyə məktubda bildirilir.

Azərbaycan prezidenti gözlənilən səfərin “ölkələr arasında əlaqələrin daha da inkişafına və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə” əminliyini ifadə edib.

Məktubun sonunda İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına isə əbədi firavanlıq arzulayıb.

Seçilən
0
hafta.az

1Mənbələr