Azərbaycan-Kıbrıs Dostluq Cəmiyəti və ŞKTR Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi, Lefke Avropa Universiteti ilə birlikdə Hedər Əliyev Konfransı keçirəcək.
Şimali Kipr Türk Respublikasında fəaliyyət gösdərən Azərbaycan-Kipr Dostluq Cəmiyəti və Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi həmin ölkədə fəaliyyət gösdərən Lefke Avropa Universiteti ilə birlikdə “Ulu Öndər Heydər Əliyev: Keçimişdən Gələcəyə Liderlik və Vizyon” adlı beynəlxalq konfrans keçirəcək. Hər il ŞKTR-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq və keçmiş olduğu nümunəvi yolun xüsusi ilə tələbələrə aşılanması məqsədi ilə təşkil olunan konfransa bu il 500 universitet tələbəsi dəvət olunub. 9 May 2025-ci il tarixdə Lefe Avropa Universiteti Hüquq Fakültəsi Kongres Mərkəzində baş tutması planlaşdırılan tədbirdə Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövürdə həyata keçirdiyi mühüm fəaliyyətlərə işıq tutulacaq.
“Ulu Öndər Heydər Əliyev: Keçimişdən Gələcəyə Liderlik və Vizyon” Beynəlxalq Konfransın təşkil olunması barədə məlumat verən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bu barədə məlumat verib. Cəmiyət sədri bildirib ki: “AKDC olaraq fəaliyyətə başladığımız 2012-ci ildən etibarən hər il Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq məqsədi ilə müxtəlif tədbirlər keçiririk. Bu il keçdiyimiz illərdən fərqli olaraq daha geniş bir auditoriya nəzərdə tutmuşuq. Belə ki, Kiprdə təhsil alan yerli və əcnəbi tələbələrin iştrak edəcəyi geniş bir tədbir təşkil etmişik. Məqsədimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi müstəqillik öncəsi və sonrası dövrü təbliğ etməkdir”.
Orxan Hsənoğlu həmçinin bildirib ki: “Heydər Əliyevin uzaq görənliyi, siyasi vizyonu həm ölkəmizin tanıdılması sahəsində həmdə gənclərin öz gələcəklərini formalaşdırmasında mühüm tarixi faktlardır. Bu gün ölkəmizə rəhbərlik edən cənab İlham Əliyevin apardığı yerli və beynəlxalq uğurlu siyasətin təməlində də Heydər Əliyevin strateji hədəfinin izləri var”.
Cəmiyyət sədri vurğulayıb ki, beynəlxalq konfransa ölkəmizdən millətvəkilləri Vüqar Rəhimzadə və Razi Nurullayev qatılacaq və çıxış edəcəklər. Həmçinin Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar, ŞKTR parlamentinin sədri Ziya Öztürklər, ŞKTR Nəqliyat, Rabitə və İctimai İşlər naziri Prof.Dr. Ərhan Arıqlı, Lefke Avropa Universitetinin rektoru Professor Məhməd Əli Yüksələn və.s ziyalılar nitq söyləyəcəklər.
