AZ

Türkiyədə 112-yə yalan zəng edənlərə verilən cəzaARTIRILIR

Türkiyədə 112 Təcili Çağrı Mərkəzini əsassız səbəblərlə zəng edərək məşğul edən şəxslərə tətbiq olunan inzibati cərimə 250 lirədən 1500 lirəyə yüksəldilir. Əgər əsassız zənglərin olduğu hadisə yerinə gedən qruplar tərəfindən tərtib olunan protokolla təsdiqlənərsə, bu zaman həmin şəxsə 15 min lirə cərimə kəsiləcək.

Redaktor.az xəbər verir ki, bu dəyişiklik, TBMM Baş Assambleyasında müzakirəsi davam edən “Bəzi Qanunlarda və 375 Saylı Qanun Gücündə Fərmanlarda Dəyişikliklər Edilməsinə Dair Qanun Təklifi” çərçivəsində qəbul edilib.

Kənan YUSİF 

Seçilən
0
redaktor.az

1Mənbələr