Moldova rəhbərliyi bir nəfər də olsun veteranın sağ olmadığını əsas gətirərək gələcəkdə Qələbə Gününü qadağan etməyə cəhd edə bilər.
Publika.az xəbər verir ki, bu variantı “RİA Novosti” ilə söhbətində “Pobeda”nın əlaqələndirmə komitəsinin rəhbəri Aleksey Petroviç bildirib.
"Hakimiyyət çoxdan Qələbə Günü bayramını Anım və Kədər Gününə çevirmək istəyir. Biz bütün veteranlar öləndən sonra da bu bayramı qorumaq üçün əlimizdən gələni edəcəyik", - Petroviç deyib.
O qeyd edib ki, bunun qarşısını almaq üçün təhsil və mədəniyyət sahəsində dövlət siyasətinə diqqət yetirilməlidir.