AZ

Əhməd Şaraa Donald Trampla görüşmək istəyir

BAKI, 8 may. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən qurulması proqramını təklif edən ABŞ-nin keçmiş dövlət katibi Corc Marşalın adını daşıyan Marşal Planına bənzər yenidənqurma ilə bağlı təklifini bölüşmək üçün amerikalı həmkarı Donald Trampla görüşmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” Suriya rəsmilərinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Şaraa yenidənqurma məsələsində ABŞ və Avropa şirkətlərini Çindən üstün tutur. Suriyanın yeni hökumətinin Birləşmiş Ştatlarla güclü strateji əlaqələrə can atdığı bildirilir.

Şaraa Trampın Körfəz ölkələrinə gözlənilən səfəri zamanı onunla görüşmək istəyir. Suriya liderinin artıq bu barədə Ağ Evə müraciət etdiyi qeyd olunur.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr